Box.az Klassik vs 2.0
Yeniliklər və Üstünlüklər

Bir neçə aydır üzərində işlədiyimiz yeni Box.az 2.0 artıq sizin istifadənizə hazırdır.
Dəyişiklər və üstünlüklər nələrdir?

Yeni Dizayn və İnterfeys

Web 2.0 dizayn üslubunda tərtib edilmiş poçt qutunuzun xarici və daxili görünüşü istifadədə rahatlığı və sürəti təmin edir. Yeni tərtibat hər bir gərəksiz qrafik və animasiya elementlərindən azad olduğu üçün siz vaxtınıza və büdcənizə qənaət edirsiniz.
Profayl Şəkli
Şəklinizi profaylınıza əlavə edin və məktubunuzu qəbul edən şəxs məktubun başlığında şəkilinizi görəcək! Bunun üçün profaylınıza şəkil əlavə etmək kifayətdir.
Mövzular!
Yeni mövzular sayəsində poçt qutunuzun rəngini və stilini zövqünüzə görə dəyişə biləcəksiniz.

AJAX və Yeni İmkanlar

AJAX texnologiyalarının tədbiqi sayəsində elektron poçtla istifadə dəfərələ rahatlaşdırılmışdır. Yeni məktub yazmaq, məktub qəbul etmək və ünvan kitabçasına yeni ünvan daxil edib dəyişiklər aparmaq qısa zaman müddətində bütün səhifə yenilənmədən həyata keçirilir. Bu AJAX texnologiyasının üstünlüklərinin sadəcə bir nümunəsidir.
Auto Complete
Məktub göndərdiyiniz zaman, məktubu qəbul edən şəxsin elektron ünvanını sadəcə bir dəfə yazın və məktubunuzu göndərin. Göndərilən ünvanlar avtomatik olaraq yaddaşda saxlanılır. Yeni məktub yazıldığınızda sadəcə ilk bir və ya bir neçə hərfi yazmaq kifayət edir ki yadda saxlanılan uyğyn ünvanlar göstərilsin.
Yeni Ünvan Kitabçası
AJAX texnologiyası üzərində qurulan yeni və funskional ünvan kitabçası sayəsində rahatlıqla yeni ünvanlar əlavə edib onları dəyişdirə bilərsiniz. Yeni ünvan kitabçası əlavə edilən şəxs barədə geniş məlumat daxil etmə və şəxsin şəklini əlavə etmə imkanını verir.

1GB Həcmində Poçt Qutusu

İndi Box.az elektron ünvanınızın yaddaş həcmi 1GB-a kimi artırıldı! Bunun sayəsində siz poçt qutunuzda sadəcə məktub deyil, həmçinin mediya (şəkil, audio, video) fayllarını da rahatlıqla qəbul edib saxaya biləcəksiniz.
Göndərilən Əlavələrin Həcmi də Artırıldı!
Göndərilən məktublara əlavə edilən faylların həcm limiti 10MB-a kimi artırıldı. Yeni Box.az vasitəsi ilə istənilən mediya faylı - şəkillərinizi, video fayllarınızı və sənədlərinizi rahatlıqla göndərə biləcəksiniz.

Poçt qutunuz cibinizdə!

Poçt qutunuz bütün məktublarınız, fayllarınız və ünvan kitabçanız ilə bərabər hər yerdə sizinlədir! Mobil telefonundan m.box.az yazıb öz elektron ünvanıniza daxil olun. İstifadədə sadə və trafikə qənayətçil interfeysin vasitəsilə ünvanınıza daxil olan məktubları rahatlıqla oxuyub cavablandıra biləcək, ünvan kitabçasından istifadə edərək məktub yazıb göndərə biləcəksiniz. Xidmət tamamilə pulsuzdur, siz sadəcə mobil operatorunuzun internet istifadəsinə görə təyin etdiyi hesabı ödəyirsiniz.

SSL Təhlükəsizliyi

SSL adlı xüsusi kriptoloji texnologiya sayəsində poçt qutunuza daxil olmanı daha təhlükəsizlik edirək parolunuzun kənar şəxslər tərəfindən aşkarlanmasının qarşısını alır.

Müqayisə

ÖzəlliklərKlassikBox.az 2.0
Poçt qutusunun həcmi1GB1GB
Göndərilən əlavələrin limiti 10MB10MB
Mövzular ++
AntiVirus və AntiSpam ++
WAP ++
AJAX texnologiyası üstünlükləri-+
Profayl şəkli -+
SSL təhlükəsizliyi ++