İnformasiyanın Məxfiliyi haqqında Razılaşma

"İnformasİyanIn Məxfİlİyİ" nədİr?
İnformasiyanın məxfiliyi sizin elektron poçtundan istifadə etdiyniz zaman Box.az tərəfindən əldə oluna bilən məlumatların qorunmasıdır.
Şəxsİ İnformasİyanIn əldə edİlməsİ və ondan İstİfadə
Şəxsi informasiya sizin yeni istifadəçi kimi qeydiyyatdan keçdiyiniz zaman əldə edilir.
Qeydiyyat zamanı sizdən adınız və soyadınız soruşulur. Box.az sizin brauzerinizdən avtomatik olaraq IP adresi, cookie və tələb olunan adresi alıb yadda saxlayır.
Box.az bu informasiyanı servisi mükəmməlləşdirmək məqsədi ilə edir.
Şəxsİ İnformasİyanIn İstİfadəsİ və açIlmasI
Box.az istifadəçilərin şəxsi informasiyasını heç kimə satmır və açıqlamır.
Aşağıdakı hallar istisna olmaqla Box.az istifadəçinin şəxsi informasiyasını üçüncü tərəfə təqdim edə bilər:
  1. İstifadəçinin öz istəyi əsasında;
  2. Bunu Azərbaycan və ya beynəlxalq qanunvericilik tələb edirsə və/və ya müvafiq dövlət orqanlarının əsası varsa;
  3. İstifadəçi Razılaşmasını pozduğunuz zaman.
İstİfadəçİ Profaylı və Şəxsİ İnformasİyanIn yenİlənməsİ
İstifadəçi qeydiyyatdan keçdikdən sonra öz istəyinə əasən şəxsi məlumatlarını profayl səhifəsində yerləşdirmək haqqına sahibdir. Profayl səhifəsi vasitəsilə istifadəçi özü haqqında məlumatları üçüncü şəxslərə açıqlaya bilər.
İstifadəçi profayl səhifəsinə daxil etdiyini məlumatların doğru olmasına görə birbaşa məsuliyyət daşıyır. Daxil edilən şəkil və şəxsi məlumatlar doğru olmalı və yalnız istifadəçiyə məxsus olmalıdır. Üçüncü şəxslər barədə yalnış məlumat daxil etmə, habelə özünü başqa bir şəxs kimi təqdim etmə halları aşkarlandığı zaman hesab Box.az tərəfindən xəbərdarlıq edilmədən bağlanıla bilər.
İstifadəçi özü barəsində informasiyanı istədiyi zaman yeniləyə bilər. Bunu elektron poçtunun qurmalarından istifadə etməklə həyata keçirmək olar.
Təhlükəsİzlİk
İstifadəçinin şəxsi informasiyasına və onun şəxsi qurmalarına giriş parolla qorunur.
İnformasİyanIn Məxfİlİyİ haqqInda RazIlaşmada dəyİşİklİklər
Box.az İnformasiyanın Məxfiliyi Razılaşmasına əlavə və dəyişikliklər etmək haqqına sahibdir. Əsaslı dəyişikliklər olduğu zaman Box.az sizi bu barədə məlumatlandıracaq.
Sual və təklİflər
Şəxsi güvənlik razılaşması barəsində sual və təklifləriniz varsa bu barədə bizə xəbər verin: support@box.az