İstifadəçi Razılaşması

İstifadəçi Razılaşması sizin Box.az-da qeydiyyatdan keçdiyiniz andan qüvvəyə minmiş olur.
1. İstifadəçi razılaşması Predmeti
Box.az sizə mövcud İstifadəçi Razılaşması (İR) predmetinin şərtləri daxilində öz xidmətlərini təklif edir. İstifadəçi razılaşması Box.az tərəfindən istənilən vaxt təktərəfli qaydada dəyişdirilə bilər. İR-nın ən son şəkli hər zaman bu ünvanda yerləşir www.box.az/terms.
2. Xidmətin göstərilməsi
Box.az sizə pulsuz poçt xidmətini təklif edir. Hal-hazırda mövcüd olan xidmət İR predmetidir. Siz başa düşür və qəbul edirsiniz ki, bu xidmət "olduğu kimi" təqdim/təklif olunur. Box.az xidmət zamanı baş verə biləcək hər hansı gecikmələrə, qeyri-dəqiqliyə, informasiyanın silinməsi və itməsinə görə heç bir məsuliyyət daşımır. Xidmətdən istifadə etmək üçün sizin internetə qoşulmuş kompüteriniz olmalıdır.
3. Qeydiyyatla əlaqəli görəcəyiniz iş
Qeydiyyat zamanı qeydiyyat formunda soruşulacaq suallara tam və dəqiq cavab verəcəyinizi qəbul edirsiniz. Əks halda Box.az sizin qeydiyyatınızı ləğv etmək və xidmətdən istifadənizi dayandırmaq hüququna malikdir.
4. Sizin qeydiyyatınız, parol və təhlükəsizlik
Qeydiyyatdan keçdikdən sonra siz poçt xidmətindən istifadə etmək üçün istifadəçi adı və parolu əldə edirsiniz. Siz istifadəçi adınızın və parolunuzun təhlukəsizliyinə və həmçinin bu ad və parol altında etdiyiniz hər cür işləmə görə cavab verisiniz. Box.az müəyyən adların qeydiyyatına qadağa qoya bilər və belə adların istifadəsinə son qoymaq hüququna sahibdir. Sizin ad və parolunuzdan razılığınız olmayan halda istifadə edilərsə bu barədə mütləq Box.az-ın inzibatçısına xəbər verməlisiniz. Hər dəfə poçt xidmətində işinizi bitirdikdən sonra "Çıxış" düyməsini basmalısınız. Xidmətdən istifadə zamanı şəxsi səhlənkarlığınız üzündən və bu razılaşmanın qaydalarına əməl etmədiyiniz təqdirdə uğradığınız ziyana görə Box.az heç bir məsuliyyət daşımır.
5. Qeydiyyatdan keçmiş istifadəçinin öhdəlikləri
Box.az pulsuz poçt xidmətindən istifadə edərkən göndərdiyiniz bütün informasiyaya, məlumata, mətn, proqram, musiqi, səs, şəkil, video və başqa materiallara ("kontent") görə məsuliyyət sizin üzərinizdədir. Göndərilən məktubların kontenti Box.az tərəfindən yoxlanılmır və kontentin məzmununa görə məsuliyyəti onu göndərən şəxs daşıyır.
Siz poçt xidmətindən istifadə edərkən aşağıdakıları etməməyi qəbul edirsiniz:
  1. Qanunsuz, ziyan verən, təhdid edici xüsusiyyətlər daşıyan, başqalarının şərəf və ləyaqətini alçaldan, müəlliflik hüquqlarını pozan və bu kimi qeyri-qanuni məzmunlu məktubların və faylların göndərilməsi;
  2. Özünü başqa şəxs kimi təqdim etmək;
  3. Qanuna zidd olan hər hansı bir faylın, məlumatın, kontentin göndərilməsi;
  4. Patent, ticarət markası, kommersiya sirri, müəllif hüquqları və digər buna bənzər şəxsi hüquqları pozan faylların göndərilməsi;
  5. Reklam, elan, SPAM xarakterli məktubların göndərilməsi;
  6. Kompüterləri sıradan çıxara biləcək və ya digər şəxslərin kompüterinə icazə olmadan daxil olmaq məqsədi ilə virus və digər kompüter kodlarının göndərilməsi;
  7. Digər şəxslər barədə şəxsi informasiyaların yığılıb saxlanılması;
  8. Veb saytın normal fəaliyyət göstərməsini pozmaq.
6. Qeyri-kommersiya məqsədi ilə istifadə
Box.az tərəfindən verilən pulsuz elektron ünvanı kommersiya məqsədi ilə satıla bilməz. Bu zaman yaranan hər hansı bir mübahisəyə görə Box.az məsulliyyət daşımır.
7. İstifadənin ümumi müddəaları
Siz razılaşırsınız ki, Box.az servisdən istifadəyə müəyyən məhdudiyyətlər qoya bilər. Bunlar – məktubların saxlanılma müddəti, istifadəçinin göndərdiyi və qəbul etdiyi məktubların maksimal sayısı, məktubun maksimal həcmi və ya diskdə tutdugu həcm, göstərilən müddət ərzində qəbul edilən məktubların maksimal sayı və s.
Box.az tərəfindən təqdim olunan elektron poçt ünvanını istifadə edərkən siz aşağıdakıları qəbul edirsiniz:
  1. Box.az sistemdə baş verə biləcək hər hansı bir pozuntuya görə məsuliyyət daşımır;
  2. Uzun müddət servisdən istifadə etmədiyiniz zaman Box.az sizin elektron ünvanınızı pozmaq hüququna malikdir;
  3. Box.az istifadə şərtlərini və məhdudiyyətlərini hər zaman təktərəfli olaraq dəyişmək hüququna malikdir.
8. Qeydiyyatın dayandırılması
Box.az sizin xidmətdən isifadə etmədiyinizə və ya razılaşmaya zidd əməlinizə görə qeydiyyatınızı dayandırmaq, elektron poçtunuzu pozmaq hüququna malikdir. Siz elektron poçtunuzdan 3 ay (90 gün) müddətində istifadə etmədiyiniz halda sizin elektron poçtunuz avtomatik olaraq bağlanır. Bu hallarda Box.az heç bir məsuliyyət daşımır.
9. İstinadlar
Box.az digər resurlara istinad edə bilər. Siz qəbul edir və razılaşırsınız ki Box.az həmin istinadların kontentinə və fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.
10. Təminatdan azad
Siz qəbul edir və razilaşısınız ki:
  1. Sizə Box.az elektron poçt xidməti "olduğu kimi" təqdim olunur, Box.az servisdə yarana biləcək hər hansı problemlərdən dolayı məsuliyyət daşımır;
  2. Box.az təminat vermir ki göstərilən xidmət (servis) sizin tələbəriniziə tam cavab verəcək, xidmət dəqiq, operativ və qüsursuz olacaq;
  3. Box.az elektron poçt xidmətindən istifadə zamanı qəbul etdiyiniz məktublar və fayllar vasitəsilə sizə dəyən zərərə görə Box.az heç bir məsuliyyət daşımır. Siz bu faylların qəbuluna görə şəxsən özünüz cavabdehsiniz;
  4. Box.az sizə xidmətdən istifadəyə görə birbaşa və ya dolayısı ilə dəyən (və ya dəyə biləcək) hər hansı zərərə görə məsuliyyət daşımır.
11. Ümumi Məlumat
11.1. İR Siz və Box.az arasında olan hüququi bir anlaşmadır.

11.2. Siz və Box.az razılaşırsınız ki İR barəsində yarana biləcək hər hansı bir mübahisə zamanı Azərbaycan qanunvericiliyi əsas kimi götürüləcək.

11.3. Göstərilən xidmət təmənnasız olduğuna görə istehlakçı hüquqularının qorunması normaları bura şamil edilmir.

11.4. Mübahisə yarandığı zaman razılaşmanın rus variantı əsas kimi götürüləcək.